Netanyahu: Girovların azad edilməsi üçün intensiv danışıqlar gedir

İsrail rəsmiləri hazırda Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün "intensiv danışıqlar" aparır.
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu oğurlanmış şəxslərin yaxınları ilə söhbətində deyib.
Netanyahu girovların anaları Tamira Nimrodi, Avinatan Or və Eytan Horn ilə telefon danışığı aparıb.
"Baş nazir onları girovların azad edilməsi üçün atılan addımlar və bu günlərdə aparılan intensiv danışıqlar barədə məlumatlandırıb. Baş nazir həm diri, həm də ölü girovların hamısının qaytarılmasına sadiqliyini bir daha bəyan edib", - bəyanatında deyilir.
İsrail tərəfinin son məlumatına görə, Fələstinin radikal HƏMAS hərəkatı hazırda Qəzzada 24 girovu və 35 ölü əsirin meyitini saxlayır.
"Cebheinfo.az"