Peskov: “Bunun üçün əlimizdən gələni etməyə hazırıq”

Peskov: “Bunun üçün əlimizdən gələni etməyə hazırıq”

Kremlin sözçüsü Dmitri Peskov, İranın nüvə probleminin siyasi və diplomatik üsullarla həll prosesinə töhfə verməyə hazır olduqlarını deyib. 

“Cebheinfo.az” xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Peskov İranın nüvə proqramı məsələsinə də toxunub: 

“Rusiya İranın nüvə proqramı ilə bağlı vəziyyətin siyasi və diplomatik üsullarla həlli prosesinə töhfə verməyə hazırdır. Bunun üçün əlimizdən gələni etməyə hazırıq”.

Peskov deyib ki, Rusiya və Çinin ABŞ və İran arasında mümkün razılaşmanın təminatçısı kimi rolu Vaşinqton və Tehran arasında danışıqlardan asılıdır.

Müşfiq Abdulla
“Cebheinfo.az”