Netanyahuya etiraz: “Qəzzada dərhal atəşkəs...”

ABŞ Konqresinə toplaşan yəhudi fəallar Konqresdə çıxış etmək üçün Vaşinqtona gələn İsrailin Baş naziri Benyamin Netanyahuya etiraz edərək, Qəzzada dərhal atəşkəs elan edilməsini istəyiblər.
"Cebheinfo.az" xəbər verir ki, yəhudi fəallar Netanyahuya və İsrail hökumətinin Qəzzaya hücumlarına etiraz etmək üçün ABŞ Konqresinin binasına toplaşıblar.
Nümayişçilər yerdə "Atəşkəs indi" yazılmış pankartlarla Qəzzada atəşkəs tələblərini dilə gətirib, "Yaşasın Qəzza", "Fələstini azad edin", "Soyqırımı dayandırın" kimi şüarlar səsləndiriblər.
Əllərində İsrailin silahlanmasına son qoyulmasını tələb edən pankartlar da tutan nümayişçilər tez-tez Netanyahu əleyhinə şüarlar səsləndirib və dərhal atəşkəsə çağırıblar. Bugün Konqresin birgə iclasında çıxış edəcək Netanyahuya qarşı Vaşinqtonda nümayişlərin keçiriləcəyi gözlənilir.
Nigar Hacılı
"Cebheinfo.az"