Niderlandda insanlara Qurani-Kərim paylanıb
Niderlandda sağ yönümlü "Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGİDA) hərəkatının lideri Edvin Vaqensvelin Qurani-Kərimə hücumuna reaksiya olaraq şəhərin mərkəzində Niderland dilində Quran kitabı paylanıb.
"Cebhe.info" xəbər verir ki, Niderlandın Arnhem şəhərində 6 məscid fondunun menecerləri yanvarın 13-də ifrat sağçı Vaqensveldin Qurani-Kərimi yandırmağa cəhd edildiyi Yansplein meydanında “Yandırma, oxu” adlı tədbir təşkil edib.
Tədbirdə meydandan keçənlərə Qurani-Kərimin tərcüməsi və İslam dini haqqında broşürlər paylanılıb.
İslam dininin izah edildiyi tədbirdə əlavə olaraq şirniyyat da təqdim olunub.
Nigar Hacılı
"Cebhe.info"