“O zamanadək tarifləri endirməyəcəyik” - Tramp

“Çin bizə önəmli nəsə vermədiyi müddətcə tarifləri endirməyəcəyik”
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamsında deyib.
O bildirib ki, ikitərəfli gömrük rüsumlarının təxirə salınması artıq çətinləşib. Lakin Tramp, razılaşacaqlarını, razılaşma olmadığı təqdirdə tarifləri məqbul şəkildə təyin edəcəklərini bildirib.
Bazarların tariflərə uyğunlaşması ilə bağlı suala Tramp belə cavab verib:
“Keçid dövrü olacağını söylədik. İnsanlar bunu anlamırdılar, indi başa düşməyə başlayıblar”.
"Cebheinfo.az"