Ölənlərin sayı onlarladır- RƏSMİ

İranın Bəndər Abbas vilayətində limanda baş verən partlayışda ölənlərin sayı 25-ə çatıb.
Xəsarət alanların sayı 800-dən artıqdır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə IRIB məlumat yayıb. Yerli mətbuat yazır ki, hadisə yerində partlayışdan sonra baş verən yanğının söndürülməsi davam edir. Daxili işlər naziri İsgəndər Mömini bildirib ki, yanğın 80 faiz söndürülüb. Məlumata görə, partlayış çəndə baş verib. Hadisədən sonra matəm elan olunub.
Xəzər
"Cebheinfo.az"