Ölkə vətəndaşlarına xəbərdarlıq

Ölkə vətəndaşlarına xəbərdarlıq

İsrailin İrandan qisas alması ilə bağlı iddialardan sonra Avstraliya və Yeni  Zelandiya İsraildəki və  Fələstindəki bütün vətəndaşlarına bu əraziləri tərk etmələri barədə xəbərdarlıq edib.

"Cebhe.info"-nun  "ABC News"-a istinadən məlumatına görə, Avstraliya Xarici İşlər Nazirliyi İran, İsrail və  Fələstin əraziləri üçün səyahət xəbərdarlığını yenilənib.

Bəyanatda İsrail və Fələstindəki bütün Avstraliya vətəndaşlarına bu ölkələri tərk etmələri barədə xəbərdarlıq olunub.

Bəyanatda İsrailə qarşı terror hücumları və hərbi qisas təhlükəsi olduğuna diqqət çəkilib., Hərbi hücumların hava məkanının bağlanması da daxil olmaqla səyahət məhdudiyyətlərinə səbəb ola biləcəyi qeyd edilib.

 Təl-Əvivdəki Ben Gurion Beynəlxalq Hava Limanında təhlükəsizlik səbəbiylə fəaliyyətlərin dayandırıla biləcəyi vurğulanıb və Təl-Əviv, Qüds, Ramallah və Tehrandakı Avstraliya rəsmilərindən ehtiyat tədbiri olaraq bu bölgələri tərk etməmələri istənilib.

Bəyanatda İrana səfərə qarşı artıq xəbərdarlıq edildiyi xatırladılıb və regional gərginliyin yüksək olduğu və təhlükəsizlik vəziyyətinin sürətlə pisləşə biləcəyi vurğulanıb.

“New Zealand Herald” qəzetinin Yeni Zelandiya Xarici İşlər Nazirliyinin sözçüsünə əsaslanaraq verdiyi xəbərə görə isə Vellinqton administrasiyası İsraildəki bütün vətəndaşlarından əgər təhlükəsizdirsə, bu ölkələri tərk etmələrini istəyib.

Xarici İşlər Nazirliyi İsrailə səfər etməmək barədə də xəbərdarlıq edib.

Nigar Hacılı 
"Cebhe.info"