Partiya sədri məşhur aparıcını blokladı – FOTO

Partiya sədri məşhur aparıcını blokladı – FOTO

Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyanın sədri Meral Akşener son addımı ilə gündəm olub.

“Cebhe.info” xəbər verir ki, siyasətçi son günlərdə onu tənqid edən şəxsləri sosial şəbəkə hesablarından izləmədən çıxarıb.

Üstəlik, onun bəzi siyasətçiləri və jurnalistləri də bloka atması diqqət çəkib. Meral Akşenerin bloka atdığı jurnalistlərdən biri də “Sözcü” telekanalının aparıcısı, tanınmış jurnalist Fatih Portakal olub.

Fatih Portakal dünən canlı yayımda İYİ Partiya sədrinin “X” hesabında onu bloka atdığını göstərib.

Aparıcı siyasətçinin bu addımını “uşaq hərəkəti” adlandırıb:

“Siyasəttə küsənlər olur, amma Meral xanım niyə küsüb bilmirəm. Partiyasının da bir çox üzvünü izləməkdən çıxarıb, bloka atıb. Əslində lazımsız kapriz göstərir. Siyasətçi küsməməlidir. Onun bu addımları mənə çox qəribə və uşaq hərəkətləri kimi gəlir. Məni bloka atsa nə olar, atmasa nə olar? Çox gülünc bir vəziyyətdir. Bloka atanda xoşbəxt olursunuz? Biz sizin pisliyiniz üçün tənqid etmirik, təhqir də eləmirik. Amma təəssüf ki, demokratiya anlayışı bu qədərdir”.

Elmir Mustafa
“Cebhe.info”