Paşinyan “böyük qırğın” dedi: Ermənilər ona “türkyönümlü” adı qoydu

Paşinyan “böyük qırğın” dedi: Ermənilər ona “türkyönümlü” adı qoydu

Xəbər verildiyi kimi, Baş nazir Nikol Paşinyan bu gün çıxışında  erməni dilindən “böyük qırğın” kimi tərcümə olunan “mets egern” ifadəsi işlədib. 

O, "Mets Egern" bizim üçün milli faciə və travmaya çevrildi və mübaliğəsiz sosial psixologiyamızı müəyyən edən amilə çevrildi. Bu gün də dünyanı, ətrafımızı, özümüzü "mets egern"in travmasının təsiri altında qavrayırıq və bunun öhdəsindən gələ bilməmişik. Bu, o deməkdir ki, beynəlxalq səviyyədə tanınan dövlət olaraq biz tez-tez travma vəziyyətində davranırıq və onlarla rəqabət aparırıq və bu səbəbdən bəzən reallıqlar və faktorlar, tarixi proseslər və proqnozlaşdırılan üfüqlər arasında fərq qoymuruq”,-deyb.

Onun çıxışı Ermənistanda bəzi dairələrdə ciddi etirazla qarşılanıb. 

“Cebhe.info” xəbər verir ki, tarix elmləri namizədi, türkoloq Mher Abramyan yazıb:

“Ermənistan Respublikasının “Baş naziri”ndən erməni soyqırımı günü ilə bağlı biabırçı mesaj. Tamamilə türkyönümlüdür, bunun cinayət olmasından bəhs edilmir, soyqırımın türklər tərəfindən həyata keçirildiyindən bəhs edilmir, onu tanınmağa yönəlmiş hər hansı bir prosesdən bəhs edilmir. Mətndən ruhunuzun sarsıldığını və soyqırımında günahkar olduğunuzu hiss edirsiniz.

Bu, Ermənistan liderinin erməni soyqırımı münasibətilə indiyə qədər səsləndirdiyi ən biabırçı mətn idi.

Ermənistan bütün istiqamətlərdə uduzdu və itirməkdə də davam edir”.

Xəzər
“Cebhe.info”