Paşinyan İrəvan merini “vurur”

Paşinyan İrəvan merini “vurur”

Baş nazir Nikol Paşinyan yaxın vaxtlarda İrəvan meri Tiqran Avinyanın məsələsi ilə məşğul olmaq niyyətindədir.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Johovurd” qəzeti yazıb.Nəşrin yazdığına görə, Paşinyan “Avinyan qanadı”nı zərərsizləşdirməyi qarşıya məqsəd qoyub.Çünki “Vətəndaş müqaviləsi” partiyası sentyabrda yeni idarə heyətini seçəcək. Belə ki, nəşrin yazdığından aydın olur ki, Avinyanın məsələsi aprelin 2-də Paşinyanın sədrliyi ilə keçirilən Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Şurasının iclasında qaldırılıb. 

QHT sektorunun nümayəndələrindən biri bildirib ki, korrupsiya mövzusunun müzakirəsinə hökumətin ən görkəmli nümayəndəsi, İrəvan merinin korrupsiya mexanizmləri ilə məşğul olmasından başlamaq daha düzgün olardı. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”