Paşinyana qarşı təzminat davası

“Nikol Paşinyanın ofisinin qarşısında dayanmış avtomobilini vaxtilə yandırıblar. Həmin vaxt hakimiyyətdə olanlar buna tez reaksiya veriblər.
Deyilənlərə görə, Nikol Paşinyan ona dəymiş ziyanın məbləğindən xeyli artıq təzminat alıb”.
“Cebheinfo.az” xəbər verir ki, İrəvan Ağsaqqallar Şurasının mayın 20-də keçirilən iclasında “Ana Ermənistan” bloku fraksiyasının üzvü Anna Avetisyan belə deyib.
“Həmin söz-söhbətlərə görə, Paşinyan hadisədən maddi fayda əldə etdiyi üçün bu mövzunu qabartmamağa razılaşıb. “Niva” markalı avtomobil yanıb. Lakin o, sonuncunun qiymətindən qat-qat artıq pul alıb.
2025-ci ildə Nikol Paşinyanın baş nazirliyi dövründə oxşar cinayət baş verib. İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” bloku fraksiyasının üzvü Gevork Stepanyanın həyat yoldaşının evin düz yanında park edilmiş avtomobili yandırılıb.
Əgər Allah eləməmiş, yanğın vaxtında söndürülməsəydi və partlayış baş versəydi, o zaman insan faciəsi qaçılmaz olardı. Bu cür cinayətlər qınanmağa layiqdir. Amma bir özəlliyi var.
Nikol Paşinyanla bağlı insidentdən fərqli olaraq, böyük səs-küy yarananda, bu dəfə siyasi meydanda təəccüblü bir sükut hökm sürür. Hökumət nümayəndəsi növbəti açıqlama ilə kifayətləndi və mövzuya qayıtmadı.
Hadisə ilə bağlı bir nəfər həbs edilib. Lakin təşkilatçılar barədə hələlik məlumat yoxdur” - Avetisyan hüquq-mühafizə orqanlarını cinayəti mümkün qədər tez tam açmağa çağırıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”