Paşinyanın KTMT sammitinə getməməsinin SƏBƏBİ

Paşinyanın KTMT sammitinə getməməsinin SƏBƏBİ

Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsilzik Müqavilədi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə  mediaya baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Baqdasaryan sammitdə iştirak etməməyin səbəbi ilə bağlı suala “çünki Ermənistan Respublikasının KTMT-nin fəaliyyətində iştirakın dondurulması ilə bağlı mövqeyi dəyişməyib”,- deyə cavab verib.

Xatırladaq ki, Ermənistan KTMT tədbirlərində iştirakını dondurduğunu bəyan edib, həmçinin bu struktura öz maliyyə payını ayırmaqdan imtina edib, birgə hərbi təlimlərdə və görüşlərdə iştirak etmir, lakin KTMT-dən çıxmaq prosesinə başlamaq üçün rəsmi müraciət etməyib.

"Cebheinfo.az"