Pentaqon rəhbəri Zelenski ilə görüşdü

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bu barədə Ostin "X" hesabında yazıb.
O, Kiyevdə ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini təsdiqləmək üçün Zelenski ilə görüşdüyünü bildirib
"Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını və uzunmüddətli müdafiə ehtiyaclarını dəstəkləməyə davam edəcəyik”, - açıqlamada deyilir.
Cebhe.info