Peskovdan Qarabağ açıqlaması: "Sülhməramlıların həlak olması..."

Rusiya Qarabağda davamlı atəşkəsə və təxliyə edilmiş mülki şəxslərin geri qaytarılmasına ümid edir.
Cebhe.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, regionda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Eyni zamanda kremlin sözçüsü Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı araşdırmanın aparıldığını söyləyib.
O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağdakı insanların təhlükəli əraziləri tərk etmələrinə kömək etmək üçün hər cür səy göstəriblər.
O, Ermənistan və Azərbaycanın Qarabağla bağlı sülh müqaviləsi imzalaması üçün ilkin şərtlərin olduğunu vurğulayıb.
Günay Şahmar
Cebhe.info