Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb

Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb

Polşada NATO-nun təlimlərində 43 yaşlı ispan hərbçisi həlak olub.

"Cebhe.info" xəbər verir ki, bu barədə İspaniya Quru Qoşunları Komandanlığ "X" hesabında başsağlığı mesajı yayıb.

Bildirilib ki, Quru Qoşunları Komandanlığının hərbçisi təlimdə güllə yarasından ölüb: "43 yaşlı B.G.P.A taktiki məşq zamanı güllə ilə vurulub. Hərbçimizin ölümündən dərindən sarsıldıq. Onun ailəsinə və komandanlığına dərin hüznlə başsağlığı veririk..."

Digər tərəfdən İspaniyanın Baş naziri Pedro Sançes də "X" hesabında məsələ ilə bağlı paylaşım edib.

Qeyd edilib ki, bu gün Polşada NATO təlimi zamanı həlak olan ispan əsgərin ailəsinə və bütün dostlarına, Quru Qoşunları Komandanlığının ailəsinə və Seutadakı bölmədə xidmət edən əsgərlərə dərin hüznlə başsağlığı verirəm.

Nigar Hacılı 
"Cebhe.info"