Prezident: "Gürcüstanı Rusiya idarə edir"

Prezident: "Gürcüstanı Rusiya idarə edir"

Gürcüstanı Rusiya hökuməti idarə edir. 

Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. 

“2012-ci ildən hakimiyyətdə olan Gürcü Arzusu Partiyası Rusiyadakı kimi təbliğat, qütbləşmə və hədə-qorxu taktikasına əsaslanan kampaniya aparır”, - Zurabişvili bildirib.  

Prezident hakim partiyanı dövlət qulluqçularını səs verməyə məcbur etməkdə, müxalifət fəallarına hücumda, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib: 

“Bu, adi seçki deyil, Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir”. 

Qeyd edək ki, Gürcüstanda parlament seçkisi 26 oktyabrda keçiriləcək. 

"Cebheinfo.az"