Prezidentliyə namizədlikləri rədd edildi - SİYAHI

Prezidentliyə namizədlikləri rədd edildi - SİYAHI

Türkiyənin Ali Seçki Komissiyası (YSK) prezidentlik üçün müraciət edənlərlə bağlı qərarını açıqlayıb.

Cebhe.info xəbər verir ki, bəzi namizədlərin tələbi rədd olunub.

Belə ki, Gənç Partiyanın qurucuları Cem Uzan və Hakan Uzanın özləri deyil, vəkilləri müraciət etdiyi üçün namizədlikləri qeydə alınmayıb.

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın isə ali təhsil aldığına dair diplomunun notariat qaydada təsdiqlənmiş surətinin olmaması və təqdim edilən şəkillərin keyfiyyətinin aşağı olması səbəbi ilə müraciəti rədd olunub.

Həmçinin, "Türkiyə İttifaqı"nın namizədi Əhməd Özalın da keyfiyyətli şəkil və əmlak bəyannaməsinin olmadığı müəyyən olunub.

Elmir Mustafa
Cebhe.info