Putin onları döyüşə göndərib: FOTOFAKT

Putin onları döyüşə göndərib: FOTOFAKT

İnternetdə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən azad edilməsində iştirak edən Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan döyüşçülərin fotosu yayılıb. Fotonu müharibə müxbiri Aleksandr Qarmayev öz “Telegram” kanalında yayımlayıb.

“Cebheinfo.az” xəbər verir ki, fotoda altı hərbçi var. Tanıma nişanı kimi onların dəbilqələrinə Müqəddəs Georgi lenti yapışdırılıb.

Şimali Koreya əsgərlərinin daha bir fotosu da üzə çıxıb. "VDV Pskov ZOV" “Telegram” kanalı rusiyalı paraşütçülərin Koreya Xalq Ordusunun həbsdə olan könüllüləri ilə smartfonda tərcüməçidən istifadə edərək necə ünsiyyət qurduğunu göstərib. Bunun 2025-ci ilin qışında Kursk sərhəd bölgəsində baş verdiyi iddia edilir.

Xəzər
“Cebheinfo.az”