Putin Vyaçeslav Lebedevin yaxınlarına başsağlığı verib

Putin Vyaçeslav Lebedevin yaxınlarına başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin 80 yaşında vəfat edən Ali Məhkəmənin sədri Vyaçeslav Lebedevin yaxınlarına başsağlığı verib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Dmitri Peskov qeyd edib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ali Məhkəmənin sədri Vyaçeslav Lebedevin vəfatı ilə əlaqədar yaxınlarına və bütün məhkəmə ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, fevralın 23-də Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev Moskvada vəfat edib.

Belə ki, son bir neçə gündə 80 yaşlı Vyaçeslav Mixayloviç Lebedev xəstəxanada müalicə alıb.

Nigar Hacılı 
"Cebhe.info"