Putinə Prezidentlik vəsiqəsi belə təqdim edildi - FOTO

Putinə Prezidentlik vəsiqəsi belə təqdim edildi - FOTO

Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya Federasiyası Prezidentinin vəsiqəsini Vladimir Putinə təqdim edib.

"Vladimir Vladimiroviç, icazə verin, sizə vəsiqəni təqdim edim", - Pamfilova Kremldə dövlət başçısı ilə görüşdə deyib.

“Cebhe.info” TASS-a istinadən xəbər verir ki, Putin Pamfilova mart seçkilərində gördüyü işlərə görə təşəkkür edərək, onun işini çətin, lakin dövlətin daxili sabitliyi, xüsusən də bu gün üçün vacib adlandırıb.

Öz növbəsində Pamfilova Rusiya Federasiyasında keçmiş prezident seçkilərinin nəticələrini “görünməmiş” adlandırıb: “Bu, sadəcə olaraq cəmiyyətin görünməmiş konsolidasiyasıdır. Bu, sadəcə olaraq prezident seçkiləri deyil, əslində, Rusiya uğrunda döyüşün hansısa mühüm mərhələsidir”.

Xatırladaq ki, prezident seçkiləri martın 15-17-də keçirilib. Martın 21-də Pamfilova nəticələri təqdim edib, ona görə seçicilərin 87,28%-i Putinə səs verib.

Xəzər

"Cebhe.info"