Putini göydə qırıcılar müşayiət etdi

Rusiya Prezidenti Vladimir Putinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə uçan təyyarəsini Su-35S qırıcıları müşayiət edib.
Cebhe.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Prezidentin və onu müşayiət edən döyüş təyyarələrinin uçduğu ölkələrdən xüsusi icazələr alınıb. Lakin o, bu ölkələrin siyahısını dəqiqləşdirməyib.
“Qırıcılar müxtəlif dərəcəli standart silahlar daşıyırdılar. Onları birinci dərəcəli pilotlar idarə edib”, - Peskov qeyd edib.
O, həmçinin əlavə edib ki, “Su-35S reysi Rusiyadakı əməliyyat aerodromundan yağış və küləkli hava şəraitində göyə qalxıb.
RBC-nin məlumatına görə, 2017-ci ildə Putin Suriya səfərindən sonra Misirə gedərkən onun təyyarəsinin yanında hərbi təyyarələr də uçub.
Xəzər
“Cebhe.info”