Putinin andiçmə mərasiminin vaxtı açıqlandı
Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
Bunu Federasiya Şurasının komitə sədri Andrey Klişas deyib.
Rusiyada prezident seçkiləri bu il üç gün ərzində, martın 15-dən 17-dək keçirilib.
Nəticədə Vladimir Putin yeni müddətə yenidən prezident seçilib.
Bir neçə gün əvvəl Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Putinə prezident şəhadətnaməsi təqdim edib.
"Cebhe.info"