Qələbə planı müttəfiqlərə təqdim olunacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsini bitirmək üçün nəzərdə tutulan qələbə planlarının 90 faizdən çoxunun yazıldığını və gələn həftə müttəfiqlərə təqdim ediləcəyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Zelenski sosial media hesabında verdiyi açıqlamada gün ərzində Ukraynanın qələbə planının hazırlanması ilə bağlı müxtəlif formatlarda görüşlər keçirildiyini qeyd edib.
Qələbə planının hazırlanması və bütün maddələrin həqiqi hərbi, diplomatik və iqtisadi baxımdan doldurulması üzərində işləməyə davam etdiklərini bildirən Zelenski bu işlərdə hər sahədə önəmli şəxslərin yer aldığını bildirib.
Zelenski, "Qələbə planında Ukrayna üçün lazımi addımlar konkret olaraq müəyyən edilib. Həqiqi və ədalətli sülhə nail olmaq üçün atılacaq güclü mümkün addımlardan söhbət gedir .
Hər bir addım üçün dəqiq bir siyahı var, nəyə ehtiyac var, daha güclü olmaq üçün dəqiq nə etmək lazımdır? Burada mümkün olmayan bir şey yoxdur. 90 faizdən çoxu yazılıb. Bu plan təkcə Ukrayna üçün deyil, həm də dünyada beynəlxalq hüquqa dəyər verən hər kəs üçün vəziyyətin düzgün inkişafını təmin edə bilər. Gələn həftə müttəfiqlərə təqdim etmək üçün qələbə planı hazırlayırıq”,- deyə bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"