Qəzza əhalisinin 5%-i həlak olub - HESABAT

Qəzza əhalisinin 5%-i həlak olub - HESABAT

Ötən il oktyabrın 7-dən Qəzza zolağında ölən və yaralananların sayı anklav əhalisinin 5%-inə çatıb.

Bu barədə BMT-nin İnkişaf Proqramının “Qəzza müharibəsi: Fələstin dövləti üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı hesabatında deyilir.

"Aprelin 12-nə qədər Qəzzada ən azı 33 207 nəfər həlak olub, təxminən 7 000 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti - təxminən 70%-i qadınlar və uşaqlardır. Daha 80,683 fələstinli yaralanıb, onların xəsarətlərinin çoxu uzunmüddətli əlilliyə səbəb ola bilər.

Bu rəqəmlərə görə, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza əhalisinin təxminən 5%-i öldürülüb və ya yaralanıb, bəziləri isə ağırdır. XXI əsrdə heç bir silahlı münaqişə bu qədər qısa müddət ərzində əhaliyə bu qədər dağıdıcı təsir göstərməmişdir”, - deyə sənəddə vurğulanır.

Onun müəllifləri qeyd edirlər ki, 1,7 milyondan çox fələstinli, yəni anklav əhalisinin 75%-dən çoxu sektor daxilində köçkün olmağa məcbur olub, onların əksəriyyəti bu zərurətlə bir neçə dəfə üzləşib.

"Cebhe.info"