Qəzzada həyatını itirənlərin SON STATİSTİKASI

Qəzzada həyatını itirənlərin SON STATİSTİKASI

Müharibə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 15 899 çatıb.

Modern.az RİA-a istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun HƏMAS-ın nəzarətindəki Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, daha 42 min nəfər isə yaralı haldadır.

Qeyd edək ki, 7 oktyabrda başlayan Fələstin-İsrail toqquşması müvəqqəti atəşkəsdən sonra davam edir. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Cebhe.info