Qəzzada son durum: Ölü sayı artır

Qəzzada son durum: Ölü sayı artır

İsrail ordusunun 200 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi son 24 saatda 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb.

"Cebhe.info" xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi bununla bağlı məlumat yayıb.

İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 59 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 34 min 183-ə, yaralıların sayının isə 77 min 143-ə yüksəldiyi qeyd edilib.

Qəzzada son 10 gündə öldürülənlərin sayının 469 olduğu bildirilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Nigar Hacılı
"Cebhe.info"