Ramzan Kadırov təkzib edir

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya himninin Çeçenistanda qadağan edilməsi ilə bağlı iddiaları təkzib edib.
“Cebhe.info” “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ramzan Kadırov öz “Telegram” hesabında yazıb.
“Musiqi əsərlərinin tempinə qoyulan yeni tələblər yalnız xalq melodiyalarının ifaçılarına şamil edilir”, - deyə Kadırov qeyd edib.
Ramzan Kadırov yalan məlumat yayan media nümayəndələrini “sarı mətbuat” adlandırıb:
“Qətnamə xalq melodiyalarını ifa edənlər üçün tövsiyə xarakteri daşıyır və Rusiya himnini qadağan etmir”.
Həsən Məmmədov
"Cebhe.info"