Rekord istilər gəlir -XƏBƏRDARLIQ

Rekord istilər gəlir -XƏBƏRDARLIQ

Avropa ölkələri qarşıdan gələn həftədə ən isti günlərini yaşayacaq.

Cebhe.info xəbər verir ki, İtaliya mediası bununla bağlı “Dünyaya xəbərdarlıq” adlı məlumat paylaşıb.

Bildirilib ki, İspaniya, Fransa, Yunanıstan, Xarvatiya və Türkiyədə yaxın günlərdə hava tempuraturu 40 dərəcəni keçəcək.

Hətta adıçəkilən ölkələrdə hava tempuraturu bəzi saatlarda 48.8 dərəcəyə yüksələcəyi də bildirilir.

Qeyd edək ki, Azərbaycanda da havanın tempuraturu yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə yaxın 1 həftə ərzində havanı temperaturu gündüz 30-35, gecə isə 20-25 dərəcə olacaq.

Vilayət Muxtar
Cebhe.info