“Roma statutu”nun ratifikasiyası ilk növbədə Ermənistana problemlər yaradacaq - Volodin

“Roma statutu”nun ratifikasiyası ilk növbədə Ermənistana problemlər yaradacaq - Volodin

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrəvanın Beynəlxalq Məhkəmənin “Roma statutu”nu ratifikasiya etməsini düşünülməmiş, strateji cəhətdən düzgün olmayan qərar adlandırıb.

Volodin Teleqram kanalında qeyd edib ki, bu addım ilk növbədə Ermənistan və onun vətəndaşları üçün problemlər yaradacaq.

Onun sözlərinə görə, istənilən qərarı və hər şeyi izah etmək olar, lakin onu qəbul edənlər ilk növbədə “niyə?” sualına cavab verməlidirlər.

“Ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın seçimidir: Rusiya Federasiyası və Ermənistan. “Roma statutu”nun ratifikasiyası buna ziddir”, - o vurğulayıb.

Cebhe.info