Rusiya Ermənistandan gedən maşınları gömrükdən buraxmır

Ermənistandan Rusiyaya gedən 60-a yaxın konyakla dolu yük maşını yoxlamanın bitməsini gözləyir.
Rusiya tərəfi Ermənistandan aparılan konyaklara gömrük nəzarətini həyata keçirir, bəzən onlar məhsulları ekspertizaya göndərməyə qərar verirlər.
Cebhe.info xəbər verir ki, “Armenpress”-ə müsahibəsində bu məlumatı Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan təsdiqləyib.
“Mart-aprel aylarından Rusiya gömrük xidməti Ermənistandan gətirilən konyaklara gömrük nəzarətini həyata keçirməyə başlayıb. Bu, pozuntuların aşkarlanması ilə izah olunur, yəni saxta konyaklar və s. Bir neçə gün əvvəl nəzarət gücləndirilib. Əgər əvvəllər nəzarət konkret ixracatçı və ya idxalçılara münasibətdə həyata keçirilirdisə, indi Ermənistandan gələn bütün konyak gömrük nəzarətindən keçir”, - Akopyan bildirib.
O izah edib ki, monitorinq iki formada həyata keçirilir: sənədli və yoxlama. Tədqiqatın nəticələrinə əsasən məhsulun ekspertizaya göndərilməsi barədə qərar qəbul edilə bilər. Mallar ekspertizaya göndərilərkən, cavablar gələnə qədər avtomobillər keçid məntəqəsində gözləməli olurlar. Gömrük attaşesinin sözlərinə görə, avtomobillərin toplanmasına səbəb əsasən ekspertin cavabını gözləmələridir. Bu 1 həftədən 1 aya qədər davam edə bilər.
Xəzər
Cebhe.info