Rusiya "Harry Potter qalası"nı vurdu

Rusiya "Harry Potter qalası"nı vurdu

Ukraynanın Odessa limanında yerli əhalinin “Harry Potter qalası” adlandırdığı bina ötən gün Rusiyanın raket hücumuna məruz qalıb. 

"Cebhe.info" xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Rusiyanın Ukraynanın Odessa limanına dünən (bazar ertəsi, 29 aprel) həyata keçirdiyi raket hücumu nəticəsində 4 nəfərin öldüyünü, 32 nəfərin yaralandığını açıqlayıb.

Hücumda yerli əhalinin "Harry Potter qalası" adlandırdığı bina vurulub.

Ukrayna mətbuatının məlumatına görə, hücum zamanı binada keçmiş deputat Sergey Kivalov da olub.

Belə ki, binada Kivalovun rəhbərlik etdiyi “Odessa Hüquq Akademiyası” yerləşir.

Nigar Hacılı 
"Cebhe.info"