Rusiya ilə Şimali Koreya qızıl dövrünü yaşayır 

Rusiya ilə Şimali Koreya qızıl dövrünü yaşayır 

Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında münasibətlər ən yaxşı illərinə qədəm qoyub.

"Cebhe.info" xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinlə görüşünün açılış nitqində bildirib.

“Ölkələrimiz arasında münasibətlər, hətta keçən əsr Koreya-Sovet münasibətləri dövrü ilə müqayisə edilə bilməyən qızıl dövrə qədəm qoyur”, - Kim deyib.

Kimin sözlərinə görə, Putinin səfəri Moskva ilə Pxenyan arasında möhkəm əlaqələrin göstəricisidir. O, Rusiya Prezidentinin gəlişini ölkəsi ilə Rusiya arasında münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirib.

"Hesab edirəm ki, xalqımızın sizə göstərdiyi ruh yüksəkliyi münasibətlərimizin əsl səviyyəsini əks etdirir", - Kim deyib.

Nigar Hacılı 
"Cebhe.info"