Rusiya “Taliban” hökumətini tanıya bilər

Rusiya “Taliban” hökumətini tanıya bilər

Rusiya gələcəkdə "Taliban" hökumətini tanıya bilər, lakin onun nümayəndələri öz öhdəliklərini yerinə yetirməklə bunu qazanmalıdırlar.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov "RTVI" telekanalına müsahibəsində bildirib:

"İlk öncə "Taliban" hökuməti bu tanınmaya layiq olmalıdır. Yəni onlar faktiki olaraq etnosiyasi və inklüziv hökumət çağırışına cavab verməyə hazır olduqlarını göstərməlidirlər. Əgər onlar bu addımı atsalar, bu, Rusiyanın potensial olaraq "Taliban"ın tanımasına yol açacaq”.

Kabulov qeyd edib ki, hazırda müvəqqəti işlər vəkili Əfqanıstanın Moskvadakı səfirliyinə rəhbərlik edir, çünki Moskva "Taliban" hökumətini tanımır.

Nigar Hacılı
Cebhe.info