Rusiya üçün Şengen vizasının rüsumu artırıldı

Rusiya üçün Şengen vizasının rüsumu artırıldı

Rusiya vətəndaşları üçün Şengen vizasının rüsumu artırıldı.

"Cebhe.info" xəbər verir ki, bu gündən etibarən Şengen vizasının qiyməti artıb. 

Bildirilir ki, Avropa Komissiyası qısamüddətli Şengen vizasının (C növü vizası) qiymətini inflyasiya səbəbindən 12 % artırmaq qərarına gəlib. Belə ki, bu gündən böyüklər üçün bu məbləğ 90 avro (təxminən 166,2 manat), 6-12 yaş uşaqlar üçün isə 45 avro (83,1 manat) olacaq.

Qeyd edək ki, Aİ ilə sadələşdirilmiş viza rejimi ruslar üçün 2022-ci ilin sentyabr ayının əvvəlinə qədər qüvvədə idi. Bu Brüsselin təşəbbüsü ilə Ukraynadakı hərbi əməliyyatlara görə dayandırılıb. Bundan dərhal sonra Rusiya vətəndaşları üçün viza rüsumu 35 avrodan 80 avroya qaldırılmış, vizanın alınması müddəti də artırılmışdı.

Rusiya 2023-cü ildə 520 min ilə Şengen müraciəti sayında ilk beşliyə daxil olarkən, rədd nisbəti yüzdə 10,6 oldu. Məhz 2019-cu illə müqayisədə bu rəqəm 13 dəfə artıb.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən yerli mətbuata bildirilib ki, viza sadələşmə müqavilələri olan ölkələr üçün Şengen vizasının rüsumu dəyişməyəcək, 35 avro olaraq qalacaq.

Belə ki, viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 80 avro təşkil edir.

Azərbaycan və Avropa İttifaqı arasında viza sadələşdirilməsinə dair müqaviləni nəzərə almaqla, Azərbaycan vətəndaşları üçün viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 35 avrodur.

Nigar Hacılı 
"Cebhe.info"