Rusiya və Gürcüstan sərhədində 3 400-ə yaxın yük maşını qalıb

Rusiya və Gürcüstan sərhədində 3 400-ə yaxın yük maşını qalıb

“Yuxarı Lars” keçid məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar 3 400-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.

Cebhe.info xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Qeyd olunur ki, “yaşıl zona”da 250 avtomobil var və onların “Yuxarı Lars”dan keçmək üçün 12 saat vaxtı var. Bu gün Rusiya tərəfdən Gürcüstana ümumilikdə 3380 yük maşınının daxil olacağı gözlənilir.

Xatırladaq ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və temperaturun aşağı olması səbəbindən Gürcüstan-Rusiya sərhədi, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi istiqamətində ağır yük maşınlarının hərəkəti qadağan edilib.

Cebhe.info