Rusiyada 46 mindən çox hesab bloklanıb

Rusiyada 46 mindən çox hesab bloklanıb

Rusiyanın informasiya texnologiyaları və KİV-ə nəzarət (Roskomnadzor) xidməti internetdə LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) təbliğatını ehtiva edən 46 mindən çox hesabı bloklayıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə "Roscomnadzor"un elektron rabitənin idarə edilməsi və nəzarət departamentinin rəhbəri Yevgeni Zaitsev bildirib.

Zaitsev Təhlükəsiz İnternet Forumunda mətbuata verdiyi açıqlamada bildirib ki,  LGBT məsələlərinə dair 46 mindən çox hesab bloklanıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 5-də Rusiya Prezidenti Vladimir Putin qeyri-ənənəvi cinsi əlaqəni, cinsiyyət dəyişikliyini və pedofiliya təbliğatını qadağan edən və bu cür təbliğata görə ağır cərimələr tətbiq edən qanun imzalayıb.

2023-cü ilin noyabrında Rusiya Ali Məhkəməsi LGBT hərəkatını ekstremist hesab edib və ölkədə fəaliyyətini qadağan edib.

Nigar Hacılı 
"Cebhe.info"