Rusiyanın NATO-ya üzvlüyünə kim imkan verməyib?- Putin açıqladı 

Rusiyanın NATO-ya üzvlüyünə kim imkan verməyib?- Putin açıqladı 

Rusiya Prezidenti Vladimir Putin məşhur amerikalı telejurnalist Taker Karlsonla iki saatdan çox davam edən müsahibəsində NATO məsələsinə də toxunub.

"Cebhe.info" xəbər verir ki, Putin müsahibə zamanı Bill Klintonla hələ prezident olarkən keçirdiyi görüşdə ona Rusiyanın NATO-ya daxil olması variantını nəzərdən keçirməsi barədə sual verib:

"O, “Bilirsən, maraqlı sualdır, məncə mümkün olar" dedi. Ancaq bir az sonra onunla naharda görüşəndə mənə dedi ki, bilirsən, komandamla danışdım, indiki halda belə bir şey mümkün deyil. Əgər Klinton müsbət cavab versəydi, yaxınlaşma prosesi başlayacaqdı və Rusiyanın NATO-ya daxil olması baş verə bilərdi. Amma olmadı". 

Ləman İsmayıl 
"Cebhe.info"