Rusiyaya qarşı 16-cı sanksiyalar paketini müzakirə edəcəklər

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri yanvarın 27-də keçiriləcək iclasda Rusiyaya qarşı 16-cı sanksiyalar paketini və onun dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsini müzakirə etmək niyyətindədirlər.
Bu haqda Aİ-nin yüksək səviyyəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
“16-cı sanksiyalar paketi ilə bağlı müzakirələr aparılacaq, bundan əlavə, Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı müzakirələr davam edəcək”, - o qeyd edib.
"Cebheinfo.az"