Rusiyaya yeni sanksiya: Ermənipərəst jurnalistin də adı siyahda

Yaponiya Rusiya Federasiyasına qarşı sanksiya siyasətini sərtləşdirib.
Cebhe.info TASS-a istinadən xəbər verir ki, Yaponiya Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketinə rusiyalı 17 fiziki şəxs və 78 təşkilatı daxil edib.
Həmçinin qondarma "LXR" və "DXR" daxil olmaqla, işal edilmiş bölgələrdən olan 7 şəxsə qarşı şəxsi sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, Yaponiya 2023-cü ilin fevral ayında Rusiyadan 48 nəfər və onlarla təşkilatı da həmçinin sanksiyaya məruz qoymuşdu.
Ermənipərəst rusiyalı jurnalist Olqa Skabeyevanın adı da Yaponiyanın sanksiya siyahısındadır.
Sevinc Tapdıqqızı
Cebhe.info