Saakaşvili: “Putin erməni konyakını yox, Paşinyanı bəyənmədi”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib.
“Cebhe.info” xəbər verir ki, o, Paşinyanı Avropa İttifaqı və NATO-ya doğru “qaçmağa” çağırıb.
“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Yaxşı, Kreml rəhbərliyində erməni konyakını sevənlər özlərini məhdudlaşdırmayacaqlar (Gürcü şərabına qoyulan embarqodan sonra gürcü jurnalistləri Kremlin bufetində problemsiz onunla qarşılayıblar) və adi insanların fikirlərinə də əhəmiyyət vermirlər. Amma bu qadağa Paşinyan üçün bütün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır”,-deyib.
O, Ermənistanın Baş nazirinə müraciətlə deyib:
“Bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol, qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya Birliyindən arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir, dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün bu dişdən uzaqlaş”.
“Gecikmə ölüm kimidir!” – deyə Saakaşvili “Facebook” səhifəsində yazıb.
Xəzər
“Cebhe.info”