“Sabah başlayır”: Nazir açıqladı

“Sabah başlayır”: Nazir açıqladı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Josef Borrelin dəvəti ilə Avropa İttifaqı Xarici İşlər Şurası qarşısında çıxış edib.

“Cebhe.info” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Ukrayna və Moldova arasında danışıqlar çərçivəsini təsdiqlədikləri üçün Aİ-nin 27 üzv ölkəsinə təşəkkür etdim. Aİ-yə daxil olmaq üzrə danışıqlarımız sabah başlayacaq”, - deyə Kuleba yazıb.

Onun sözlərinə görə, o, həmçinin Rusiya iqtisadiyyatını daha da boğmaq üçün Aİ-nin 14-cü sanksiyalar paketinin əhəmiyyətini vurğulayıb. Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maraqları naminə istifadəsinə dair son addımlarını alqışlayıb.

Kuleba ayrıca hərbi yardımın, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Bir gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında danışıqların tezliklə başlandığını elan edib:

“Biz Avropa İttifaqı ilə münasibətlərdə yeni nəticəyə hazırlaşırıq. Aİ artıq Ukrayna üzrə danışıqlar çərçivəsini təsdiqləyib və biz iyunun 25-də danışıqların faktiki başlanmasını gözləyirik. Ukrayna hökumət nümayəndə heyəti məhz bunun üçün Brüsseldə olacaq”.

Xəzər
“Cebhe.info”