Şahzadə Harri həbs oluna bilər

ABŞ məhkəməsi Britaniya şahzadəsi Harrinin Amerika vizası ilə bağlı sənədlərin dərci barədə qərar qəbul edib.
Bu qərar hazırda həyat yoldaşı Meqan Markl və iki uşağı ilə birlikdə ABŞ-da yaşayan Sasseks hersoqu üçün ciddi nəticələrə səbəb ola bilər.
Oxu.Az bu barədə "Bloomberg"ə istinadla xəbər verir.
Bildirilir ki, məhkəmə "Heritage Foundation"ın mühafizəkar tədqiqat mərkəzinin sorğusunu nəzərdən keçirərək, Daxili Təhlükəsizlik Nazirliyinin şahzadə Harrinin sənədlərini 18 mart tarixindən gec olmayaraq dərc etməli olduğuna qərar verib. Beləliklə, ictimaiyyət kral III Çarlzın oğlunun viza alarkən qanunu pozub-pozmadığını öyrənə biləcək.
Problem ondan ibarətdir ki, şahzadə Harri 2023-cü ildə avtobioqrafiyasında keçmişdə narkotik istifadə etdiyini etiraf edib. Halbuki o, 2022-ci ildə ABŞ vizası alıb və müraciət ərizəsində narkotik maddələrin qəbulu haqqında bənd var. Əgər şahzadə bu suala müsbət cavab versəydi, vizanı yalnız xüsusi icazə ilə ala bilərdi.
Avtobioqrafiyanın nəşrindən sonra "Heritage Foundation" ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən şahzadə Harrinin anketini açıqlamağı tələb edib, lakin qurum buna imtina cavabını verib. Bundan sonra fond məhkəməyə müraciət edib.
ABŞ qanunlarına görə, əgər şahzadə Harrinin viza ərizəsində yalan danışdığı sübut olunarsa, ona deportasiya, cərimə və ya hətta beş ilə qədər azadlıqdan məhrum edilmə təhlükəsi yarana bilər.
Qeyd etmək lazımdır ki, fevral ayında ABŞ Prezidenti Donald Tramp şahzadə Harrinin ölkədən deportasiya edilməsi ehtimalını təkzib edib.
"Cebheinfo.az"