Şarl Mişellə Nikol Paşinyan nə danışıb?

Şarl Mişellə Nikol Paşinyan nə danışıb?

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Cebhe.info xəbər verir ki, məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Paşinyan Mişellə Azərbaycan Ermənistan arasında gedən sülh prosesindən danışıb.

Qeyd edək ki, Şarl Mişel Azərbaycan-Ermənistan arasında sülh prosesind vasitəçi rolunda çıxış edir. Bu günə qədər Şarl Mişelin vasitəçiliyi ilə bir neçə dəfə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə görüş keçirilib.

Vilayət Muxtar
Cebhe.info