Sərhəddəki hərbi bazaya onlar nəzarət edəcək
Finlandiyada tikilməkdə olan, Murmansk vilayəti və Kareliya Respublikası yaxınlığında yerləşəcək NATO hərbi bazasının İsveçin nəzarətinə verilməsi planlaşdırılır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Svenska Dagbladet” nəşri yazıb. Məlumata görə, bazada əlliyə qədər isveçli zabit və sıravi əsgər yerləşdiriləcək.
Məlumatda bunun Finlərə diqqətlərini cənub hissələrinin müdafiəsinə yönəltmək imkanı vermək üçün edildiyi göstərilir.
Bundan əvvəl ERR yayım şirkəti Estoniyanın cənubunda Rusiya ilə sərhədə yaxın ərazidə yeni hərbi bazanın yaranacağını bildirmişdi.
Xəzər
“Cebheinfo.az”