Səudiyyə Ərəbistanı ilə İsrail arasında "buzlar əriyir"

Səudiyyə Ərəbistan İsraillə münasibətləri normallaşdırmağa yaxındır.
Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman “Fox News” telekanalına müsahibəsində bildirib.
Müsahibə zaman Məhəmməd bin Salman Səudiyyə Ərəbistan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasını belə xarakterizə edib.
"Hər iki ölkə hər gün daha da yaxınlaşır və iki tərəf arasında əlaqələr möhkəmlənir".
Vəliəhd vurğulayıb ki, İsraillə münasibətlərin normallaşması kontekstində Fələstin məsələsi Səudiyyə Ərəbistanı üçün fundamental əhəmiyyət kəsb edir.
"Biz bunu həll etməliyik, danışıqlar aparmağa davam edirik", - deyə o bildirib.
Məhəmməd bin Salman onu da əlavə edib ki, krallıq İsrailin Yaxın Şərqdə güc mərkəzi olmasına imkan verəcək və fələstinlilərin həyatını asanlaşdıracaq nəticə əldə etməyi gözləyir.
Yunis Abdullayev
Cebhe.info