Şimali Osetiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

Şimali Osetiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

Şimali Osetiyada tək mühərrikli təyyarə qəzaya uğrayıb, ilkin məlumatlara görə pilot hadisə yerində ölüb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə regional baş idarəsi “Telegram” kanalında məlumat yayıb.

“Gizel kəndi yaxınlığında Ordu, Aviasiya və Hərbi Dəniz Qüvvələri ilə Əməkdaşlıq üzrə Könüllülər Cəmiyyətinin (DOSAAF) aerodromu ərazisində tək mühərrikli, şəxsi təyyarə qəzaya uğrayıb. Ölən pilotun şəxsiyyəti müəyyən edilir”, deyə bildirilib.

Həmçinin qeyd olunub ki, hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə axtarış-xilasetmə bölməsinin xilasediciləri çalışırlar.

Cebhe.info