“Sülh sazişinin prinsipləri razılaşdırılıb”- Rəsmi İrəvan

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin arxitekturası və prinsipləri razılaşdırılıb”.
“Cebhe.info” xəbər verir ki, bunu “Ermənistanla Azərbaycan arasında sülh sazişi niyə yubadılır?” sualına cavabında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Keçən ilin sonunda biz yekun müqavilənin mətnini yekunlaşdırmağa çox yaxın olduğumuzu düşündük",-deyə o bildirib.
“The Telegraph”-ın beynəlxalq köşə yazarı Roland Olifantın “Siizin Ermənistanı Avropa İttifaqı istiqamətində armaq, bunu məqsədə çevirmək istəyiniz varmı, bu məqsədəuyğundurmu?” sualına Paşinyan cavab verib ki, Ermənistan Respublikası Aİ-nin mümkün hesab etdiyi kimi bu quruma yaxın olmağa hazırdır.
Paşinyanla tam müsahibə bu gün saat 21:50-də yayımlanacaq.
Xəzər
“Cebhe.info”