“Sülhməramlıların çıxmasına görə Paşinyan günahkardır” - Rusiyalı diplomat

“Sülhməramlıların çıxmasına görə Paşinyan günahkardır” - Rusiyalı diplomat

Rusiya Federasiyası Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin sülhməramlı qüvvələrin Azərbaycanı tərk etməsinə görə Nikol Paşinyan hakimiyyətini ittiham edib. 

“Cebhe.info”-nun məlumatına görə, Q.Karasin bu barədə “İnterfaks” agentliyinə açıqlamasında bildirib. 

“Rusiya sülhməramlılarının “Dağlıq Qarabağ”dan çıxarılması Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən bu ərazinin Azərbaycanın bir hissəsi kimi tanınmasının məntiqi nəticəsidir. Nikol Paşinyan Qarabağ problemini həll etdikdən sonra Azərbaycan rəhbərliyi ilə birbaşa təmaslar çərçivəsində sülhməramlılarımızın Azərbaycanda qalıb-qalmaması məsələsi müzakirə edilib və onların mərhələli şəkildə çıxarılması barədə qərar qəbul edilib”, - Karasin belə deyib.

Müşfiq Abdulla 
“Cebhe.info”