Sülhməramlıların Ermənistandakı məntəqləri bağlandı

Sülhməramlıların Ermənistandakı məntəqləri bağlandı

Azərbaycan ərazisini tərk edən Rusiya hərbçiləri Ermənistanda sülhməramlıların müvəqqəti dislokasiya məntəqələrinin yerləşdiyi Gorus və Qarakilsə (Sisyan) şəhərlərinə gedib. 

“Cebhe.info”-nun məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə deyib:

“Qarabağdakı Rusiya sülhməramlıları Ermənistanın Gorus və Sisyan şəhərlərində özlərinin müvəqqəti dislokasiya məntəqlərinin bağlanması işlərinin təşkili üçün gəliblər”. 

Qriqoryan xatırladıb ki, İrəvan Qarabağda fəaliyyət göstərmək üçün Gorusda Qarakilsədə sülhməramlılar üçün müvəqqəti yerləşdirmə məntəqələri ayırmışdı:

“Yer də Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün seçilib”, - deyə Təhlükəsizlik Şurasının katibi əlavə edib. O qeyd edib ki, qoşunlar Qarabağı tərk etdiyinə görə onlar təbii ki, Ermənistan Respublikasında qala bilməzlər”. 

Müşfiq Abdulla 
“Cebhe.info”