Suriya BRİKS-ə qoşulmaq istəyir

Suriya BRİKS-ə (üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın ingilis adlarının ilk hərflərindən ibarət olan BRICS) qoşulmaq istəyir və bu məqsədlə artıq müraciət edib.
“Report” xəbər verir ki, bunu TASS-a Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri “Şimali Qafqaz: Yeni geostrateji imkanlar” mövzusunda keçirilən forumun kuluarlarında deyib.
“Biz BRİKS-ə qoşulmaqda çox maraqlıyıq və təşkilata üzv olmaq üçün yazılı müraciət göndərmişik”, - o bildirib.
"Cebheinfo.az"